Hicrin evi yıxılıbdır,
Vəslin əli sıxılıbdır.
Könüllərdə tikilibdir,
Məhəbbətin tərsanəsi.
Xatirələr dalaşır, bax
Sanki əkiz dolaşa, bax.
Dil-ağızda dolaşır, bax
Səadətin təranəsi.
Hər işini qəlp eyləyir,
Sanırlar ki qəlb eyləyir.
Çoxlarını cəlb eyləyir,
Xəyanətin tər sinəsi.
Gündüz gedir, gecə olur,
Qaranlıqlar vecə olur.
Özün düşün, necə olur,
Sədaqətin tərsinəsi.
Gəlib keçər minlər, zaman,
Göz önündə inlər kaman.
Könlüm onu dinlər yaman,
Qulağımda tarın səsi.
30/11/2017
Sevinc Arzulu
Kayıt Tarihi : 30.4.2018 07:08:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!