Terdimi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Terdimi

Nə könlümü ovudub,
Nə dərdimi uyuudub.
Vüsal tərəfim tutub.
Qanadını gərdimi.

Söz deməyin xatuna.
Minər bəyaz atına.
Ayağının altına
Güllü xalı sərdimi.

Nələr var boxçasında,
Gözüm yox axçanızda.
Əzizim, baxçanızda.
Qızılgüllər tərdimi.

Yenə də tufan qopar.
Ürəyimə qəm hopar.
Nolar, özünlə apar
Yoxluğunun dərdini.

Uçub qartalım, leyim,
Yayda qaramı geyim.
Eh, fələyə nə deyim,
Tez apardı mərdimi.

Sevinc Arzulu
Kayıt Tarihi : 21.4.2022 14:56:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu