Teraneye Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Teraneye

TƏRANƏYƏ 50 YAŞI
MÜNASİBƏTİ İLƏ
ŞEİR- TƏBRİK
Tamam olur əlli yaşın,
Ad günün mübarək, Təranə.
Yanındadır dost-yoldaşın,
Hər yan gül-çiçək, Təranə.

Lent tək keçir göz önündən,
Sənin göyçək uşaqlığın.
Qalmam aciz söz önümdə,
Kövrəldibdir uzaqlığın.

Təbrik edər bacıların,
Biri sağda, biri solda.
Olmasın heç acıların,
Həsrət qalsın yarı yolda.

Qardaşın da təbrik edir,
Basaraq səni bağrına.
Bilməyin ayrılıq nədir,
Məlhəm olar hər ağrına.

Sənsən evin sonbeşiyi.
Həm də dəcəl ərköyünü.
Anan çəkərdi keşiyin,
Atan gözlərdi düyünü.

Indi sənin başın üstdə,
Bir cüt qoşa mələk uçur.
Qəm yağmasın qaşın üstdən,
Səni də cüt oğlun qucur.

Xoşbəxtliyə gedən yolun,
Qapıları açıq olsun.
Ayrılığın sağı-solu,
Abad deyil,uçuq olsun.

Mən də sənin şair dostun,
Deyirəm yüz yaşa , Təriş.
Gurultulu olsun tostum,
Qalx yuxarı başa, Təriş.

Təbrik edər can yoldaşın,
Qızıl üzük alar yenə.
O məhəbbət nəğməsini,
Sənin üçün çalar yenə.

Övladların toyunu gör
Yoldaşınla xoşbəxt yaşa.
Nəvələrin boyunu gör,
Arzun toxunmasın daşa.

Sevinc Arzulu
Kayıt Tarihi : 2.5.2018 08:22:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu