Teraneye Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Teraneye

Ay Təranə, Tanrıdan
Ümidin üzülməsin.
Göz yaşların inci tək,
Üzünə düzülməsin.

Övlad ağrısı nədir,
Mən də keçdim bu yolu.
Dünya böyük səhnədir,
Bilinməz sağı-solu.

Tezliklə keçib getsin,
Vüsalın ağrı-acısı.
Nübar arzuya yetsin,
Sevinsin qardaş-bacısı.

Daim köməyi olsun,
Səmadakı mələklər.
Kədərin gülü solsun,
Yolsun onu küləklər.

Başı üstdə dolaşsın,
Saf ruhu atasının.
Göy Tanrı bağışlasın,
Gənclərin xətasını.

Qoy atalı böyüsün,
Böyük-kiçik uşaqlar.
Vüsal ilə öyünsün,
Yaxınlar həm uzaqlar.

Uca Tanrı qorusun,
Sevdiyimiz kəsləri.
Evimizi bürüsün,
Daim gülüş səsləri.

Sevinc Arzulu
Kayıt Tarihi : 10.12.2019 06:59:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu