Tənhalıq nə ağır,çəkilməz dərdmiş
Tənha adamlar çox mətinmiş,mərdmiş.
Tənhalıq dərdinin üzü nə sərtmiş,
Tənhayam,tənhayam,tənhayam tənha.
Yenə də tənhayam,yenə tənha ah
Tənha qalanlarçun açılmır sabah.
Tənhalıq böyük bir dərd imiş,Allah.
Tənhayam,tənhayam,tənhayam tənha.
Tənhayam,yarpaqsız bir budaq kimi,
Düzənlikdə bitmiş tək qovaq kimi.
Mən gəldi-gedərəm bir qonaq kimi,
Tənhayam,tənhayam,tənhayam tənha.
Sevilməyən insan tənha olurmuş,
Təkcə açılırmış,tənha solurmuş.
Bir gündə neçə il yaşa dolurmuş,
Tənhayam,tənhayam,tənhayam tənha.
Tək-təkcənə məzarımı qazmışam,
Düz youmu tənhalıqda azmışam.
Tənha qalan şeirləri yazmışam.
Tənhayam,tənhayam,tənhayam tənha.
Sevinc Arzulu
Kayıt Tarihi : 11.6.2018 10:55:00
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!