Tenhalıq Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Tenhalıq

Doğmalar içində tək-tənha olmaq..
Budurmu qismətin, budurmu yazın.
Bu fani dünyanı tənha dolanmaq,
Onuçun qəmlidir səsin, avazın.

Səni başa düşmək çətin deyil ki,
Çətini olanı qəbul eləmək.
Hər insan sevgidə mətin deyil ki,
Ürəkdən sevsə də, “sevmirəm” demək.

Nə sən günahkarsan, nə də o insan.
Nə mənim söz demək hüququm,andım.
Doğrunun qiymətin verəcək zaman,
Mən sənin gözündə nura inandım.
02.05.2017

Sevinc Arzulu
Kayıt Tarihi : 25.4.2018 10:25:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu