Qocalıq qapımı yavaşca döyür,
Açıram qapımı,buyur içəri.
Cavanlıq özünü yamanca öyür,
Vəfasız dost kimi o da köçəri.
Qapımız döyülür yenə tıqhatıq,
Amma ki açmağa etmirəm cürət.
“Kimdir”-soruşuram,deyir tənhalıq
Açmağa qapını varmıdır cürət.
Açımmı qapını,necə açım ki
Dönübən baxıram mən uşaqlara.
Deyirəm.tənhalıq sən qayıt geri,
Qayıt get dünyamdan çox uzaqlara.
Kayıt Tarihi : 20.6.2018 07:23:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!