Sən Tanrıdan istəcə,
Qədər yazar ustaca,
Danışıram astaca,
Yel səsimi yaymayır.
Evimi yıxan fələk,
Əlimi sıxan fələk.
Naxələf çıxan fələk,
Nədən məni saymayır?
Uçub gedər xəyalım,
Artar dərdi-məlalım.
Qərib düşən vüsalım,
Hicrin gözün oymayır.
Ayrılığın adəti,
Artırar ki nifrəti.
Görürsənmi həsrəti,
Hicri tənha qoymayır.
Al geyin, bəzən könül.
Yol gözlər düzən, könül.
Səs-küydən bezən könül,
Sükunətdən doymayır.
Sevinc Arzulu
Kayıt Tarihi : 8.6.2020 09:39:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!