Ümidim qapısız və pəncərəiz
Soyuq, dar otağa sığınıb durar.
Əgər açılarsa qəm şəcərəniz
Fələyimn özü də uğunub durarı
Qəlbimə toxunan sözlərin təki,
Odu öləziyən közlərin təki..
Eh.hardan biləydim gözlərindəki,
Işığın ocağı mən deyiləmmiş.
Mən Sevinc olsam da qüssədən boldum,
Əsr də dəyişdi, mən yaşa doldum.
Əvvəldən işimdə-gücümdə oldum,
Kim deyir avarə, həm veyiləmmiş.
Harada qalıbdır toyum, düyünüm,
Təkrar olacaqmı keçmişim dünüm.
Məgərsə mən sənin ay ömrüm-günüm,
Bəxtinə yazılan son gileyəmmiş.
Unutmaz ürəyim heç vaxt səni, bax
Küləklər qovur hey duman, çəni bax
Ayrılıq yamanca üzüb məni bax.
Qanadı qırılmış tənha leyəmmiş.
Kayıt Tarihi : 1.5.2022 15:13:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2022/05/01/tenha-ley.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!