Ten olacağam Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Ten olacağam

Sevgi üzüyümün qaşı olarsan,
Ən qiymətli almaz dası olarsan.
O qədər gözümün yaşı olarsan,
Özüm də axırda sən olacağam.

Sevən ürəyimdir hey sənsizləyən,
Yollarını daim güdən,izləyən.
Özgə baxışlardan səni gizləyən,
Duman olacağam,çən olacağam.

Dəli Kür tək Araz ilə yarışsam,
Tez inciyib tez də küsb barışsam.
Dəniz olsan,mən də sənə qarışsam,
Özümə qayıdıb mən olacağam.

Çox az qalıb güllü bahara,yaza
Dözümüm yox nə şaxtaya,ayaza.
Qəm-kədərdən dönəcəyəm bəyaza,
Qara saçlarında dən olacağam.

Ömrüm boyu köklənmişəm qəmində,
Yeri vardır kədərin də,qəmin də.
Əgər məni sevsən sənin qəlbində,
Sevinclə,fərəhlə tən olacağam.

Sevinc Arzulu
Kayıt Tarihi : 11.6.2018 10:32:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu