Tellerine qurbanam Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Tellerine qurbanam

Haqq yolunda soyulubdur nəsimi,
Bunca əzab haqsızların bəsimi.
Çatdırırmı sənə görən səsimi,
Az-az əsən yellərinə qurbanam.

Silə-silə bitirib də çoxumu,
Daş divara tuş elədi oxumu.
Çoxdandır ki danışmırdım yuxumu,
Dərd aparan sellərinə qurbanam.

Sevgi,dostum, ən ilahi qüdrətdir,
Qəlb isidən od-atəşli nemətdir.
Neçə vaxtdır gül üzünə həsrətdir,
Uzaq düşən ellərinə qurbanam.

Şeytan gördüm, qabaq dişi həvəydi,
Yatacağı güvə yemiş gəbəydi.
Bir zamanlar qapqaraydı, şəvəydi,
Dən -dən olan tellərinə qurbanam.

Sevinc Arzulu
Kayıt Tarihi : 4.4.2023 15:31:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!