Hardan bildi kədərliyəm, küskünəm,
Dalğaları sığal çəkər üstümə.
Baxıb,baxıb heyran oldum hüsnümə,
Dəniz güzgü.Tellərimi daradım.
Ləpələrdə ədaya bax, ədaya,
Həzi-həzin nəğmələnən sədaya.
Üzəmmədım uzaq, yaşıl adaya,
Qoynundaca xatirələr aradım.
Uşaqdan böyüyə bilir, ay canım,
Aynasıdır Xəzər Azərbaycanın,
Gətir mənə min bir rəngi, fırçanı
Rəssam olub tablosunu yaradım.
Kayıt Tarihi : 1.6.2021 06:00:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2021/06/01/tellerimi-daradim.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!