Telesdin Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Telesdin

Durub küçəmizin başında eyzən,
Bir zaman adımı bağıran adam
Başına kədər tək yağsa da leysan,
Məni “Ay ürəyim.”çağıran adam.

Indi nə dəyişib, mən həminkiyəm,
Sən məndən aralı, gen dolanırsan.
Həmincə avamam, eh, həmin keyəm
Bilirəm, mənsiz də şen dolanırsan.

Bir azca asta ol, bir az da həlim,
Xatirən arada qalıb əzilər.
Məhəbbət çölündə vüsal heykəli,
Bir gün də əllərin ondan üzülər.

Heç kəsə deyilmiş sevdanın yolu,
De, səbrin çatarmı yolu getməyə.
Üşüdər yel- boran, vurar qar, dolu
Yamanca tələsdin vida etməyə.
11.11.2017

Sevinc Arzulu
Kayıt Tarihi : 29.4.2018 16:38:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu