Telefon seslenir Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3774

ŞİİR


28

TAKİPÇİ

Telefon seslenir

Telefon səslənir, götürürəm mən,
“Salam, nə var, nə yox.Necəsən “-dedin.
Qəhəri astaca ötürürəm mən,
“Saydın məhəbbəti heçə sən,”- dedim.

Eh, o son görüşdən keçib neçə il,
Nə namə göndərdin, nə də ki bir söz.
Dəyişib yerini gör neçə fəsil,
Bir daha alışmaz öləziyən köz.

Mənim istəyimi sanıb oyuncaq,
Özünə başqa bir yar axtarmısan.
Sən hissiz,duyğusuz quru oduncaq,
Yayın ortasında qar axtarmısan.

İldırım çaxsa da başının üstdə,
Zülmətdə qeyb olan günə baxmısan.
Görən nə yazılar daşının üstdə,
Sabahın özündə dünə baxmısan.

İnsan aradığın tapmayır bəzən,
Gözünü zilləyir daha uzağa.
Soyuq baxışıyla qəlbimi əzən,
Get, bir də dözmərəm şaxta-sazağa.

Sevinc Arzulu
Kayıt Tarihi : 5.4.2025 06:23:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!