Telaşa kalır Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Telaşa kalır

Yenə hicr qoxulu, ayrılıq dəmli,
Dayanır yol üstdə gözləri nəmli.
Kölgənin dalınca boylanır qəmli,
Tənha ümidlərim baş-başa qalır.

Fələk deyən yenə bizdən öc alır,
Ahu-zar yenə də göyə ucalır.
Analar bir anda min il qocalır,
Cavan şəhidlərim yaş-yaşa qalır.

Arayıb axtarıb tapacaq səni,
Görəcək telinə düşən o dəni.
Cəlb edir özünə dumanı, çəni,
Mavi buludlarım tamaşa qalır.

Amansız ayrılıq, ah, xar olubdur,
Üstündə ağlayan əğyar olubdur.
Xəyalın yenə də lal-kar olubdur,
Ümidim yenə də göz-qaşa qalır.

Nə vaxt öz qədrini bildi ki, gənclik,
Zamanın tozunu sildi ki gənclik.
Özgəni dinləyir indiki gənclik,
Mənim öyüdlərim, eh, daşa qalır.

Dolub da daşmayır daha bu quyu,
Üzü dönüb deyən, dəyişib huyu.
Gün-gündən quruyur arxının suyu,
Salxım söyüdlərim təlaşa qalır.

Sevinc Arzulu
Kayıt Tarihi : 6.10.2020 11:59:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu