Teksen Sevinc Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Teksen Sevinc

Hanı sənə canı yanan,
Hanı sənin atan, anan.
Hanı qəlbə munis sanan,
Bu dünyada təksən, Sevinc.

Oxusan da ha yazını,
Gün isitməz ayazını.
Bircə dəfə yar nazını,
Nə olar ki çəksən, Sevinc.

Meh əsdirir zərif tülü,
Oyadır sarı sünbülü.
O ətirli qızılgülü,
Baxçanızda əksən, Sevinc.

Bilirsən ki hicran acı,
Görüş olar tək əlacı.
Bax quruyur vəsl ağacı,
Dibinə su töksən, Sevinc.

Yaman saldı güzarını,
Şaxta vurdu gülzarını.
Ata-ana məzarının,
Qarşısında çöksən Sevinc.

Sevinc Arzulu
Kayıt Tarihi : 23.12.2021 07:28:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu