Heyifin gəlməyib heç dənə, qədər,
Ahımı ucaltdın sis, çənə qədər.
Mən ki yaşamışam tək sənə qədər,
Sonrakı həyatı borc almışam mən.
Ocaq qalamazlar mayak altında,
Xəyala dalmışdım bayaq altında.
Dolanıb gəzmədim ayaq altında,
Yolumu zirvədən hey salmışam mən.
Istərdim yuxudan şən, şux oyanım,
Al rəngli şəfəqə, nura boyanım.
Yoxdur nə yaxınım, nə də həyanım,
Həsrətin əlində tək qalmışam mən.
01.06.2015
Kayıt Tarihi : 8.6.2018 06:59:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!