Kədərimə sevinc qatmaz,
Hicranıma kimsə batmaz.
Günlərimə saat çatmaz,
Vaxta yüklənib gedirəm.
Qəlb ağlasa günahkar sim,
Ev uçulsa günahkar him.
Ayrılığa günahkar kim,
Xardan şəklənib gedirəm.
Dərdlə çətin çox yaşayam,
Qəm bəxş edən tamaşayam.
Ürəyimlə baş-başayam,
Yaman təklənib gedirəm.
Kayıt Tarihi : 28.6.2018 06:16:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!