Tez-tez gəlirsən yuxuma,
Röyada çələng toxuma.
Ard-arda mahnı oxuma,
Muğama köklən, əzizim.
Gəzdin Leyli sorağında,
Gördünmü eşq bulağında?
Yatmısan fil qulağında,
Hicrandan şəklən, əzizim.
Dərdinii bilməz sirdaşın,
Təsəlli verməz yoldaşın.
Uzaqlaşsın dost-qardaşın,
Mənim tək təklən, əzizim.
Kayıt Tarihi : 7.8.2020 06:31:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!