Eşqimə dost-munis olan gülləri,
Yarpağı astaca yolan gülləri
Həsrətdən,hicrandan solan gülləri,
Könül baxçamızda əkdin, İlahi.
Ayrılıq zalımı unama, nolar.
Göz yaşı tökməkdə qınama, nolar,
Məni tənhalıqdan sınama, nolar
Özün də yeganə, təkdin İlahi.
Mən idim pənahı xatirələrin,
Amanı, həm ahı xatirələrin.
Günahı nə idi xatirələrin,
Üstündən qələm də çəkdin, İlahi.
Kayıt Tarihi : 26.5.2022 08:14:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2022/05/26/tekdin-ilahi.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!