Bezirəm vüsalın mışıltısından,
Uzaqdan ilğım tək işıltısından.
Bəzən ayrılığın xışıltısından,
Səksənib dururam yuxudan, canım.
Biz ki dayandırdıq qanlı icranı,
Ki bizdən uzaqda qalsın hicr anı.
Sənin həsrətindir, sənin hicranın,
Mənə son nəğməmi oxudan, canım.
Mən idim əzəldən türfə nigarın,
Sanırdım pozulmaz əhdin-ilqarın.
Ayrılıb gedəndə sevgili yarı,
Gözünün yaşını axıdan canım.
Verdiyi andı da qızıl səhm edib,
Sözünü dananda böyük səhv edib.
Aldığım libası qəsdən məhv edib,
Sökülən ilməni toxudan canım.
Ən uca zirvədə dayanır Vətən,
Olamaz, əzizim, ona kimsə tən.
Bilirsən, çəkinməm mən bir kimsədən,
Təkcə ayrılıqdır qorxudan, canım.
Kayıt Tarihi : 22.5.2020 07:31:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2020/05/22/tekce-ayrilikdir.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!