De səni harada, dostum, arayım,
Çağırsam eh, sənə çatmaz harayım.
Bir vaxt uçurduğun palçıq sarayı,
Yeni bünövrədən tikənəm artıq.
Sənin gedişinlə dayanıb zaman,
Geri dönməyinə yoxdur heç güman.
Yamanca bezdirib ayrılıq , hicran
Qorxuram əbədi tükənəm artıq.
Göylərə yüksələn nur yolu idim,
Fərəhlə,şənliklə dopdolu idim.
Bir zaman ətirıli gül kolu idim,
Bilməzdim səninçün tikanam artıq.
Aparıb getmisən, ruhsuz bədənim,
Hanı sevdasına hörmət edənim.
Qapımı açmayır gəlib-gedənim,
Gözdən iraq düşmüş məkanam artıq.
İzn ver, yenidən sənə toxunum,
Ay çiçək qoxulum, ətir qoxulum.
Dünyaya baxırsan yarıyuxulu,
Səni oyatmağa təkanam artıq.
Kayıt Tarihi : 5.4.2025 15:07:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!