Tek senin yoxluğun Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Tek senin yoxluğun

Oldum dərd-möhnətin əlində əsir,
Həsrətin qılınc tək qəlbimi kəsir.
Kiminsə yoxluğu etməzdi təsir,
Tək sənin yoxluğun yandırır məni.

Çay kimi məcramı heç aşmazdım ki,
Bəxtimlə bir dəfə dalaşmazdım ki.
Atəşdən bu qədər alışmazdım ki,
Tək sənin yoxluğun yandırır məni.

Göz yaşımı gizli-gizli silərəm
Səni mən həmişə diri bilərəm,
Tanrıdan özümə səbr dilərəm,
Tək sənin yoxluğun yandırır məni.

Ürəyimdə ucaltmışam büstünü,
Nə yağış,nə dolu almaz üstünü.
Bil ki yanan mənəm, görsən tüstünü
Tək sənin yoxluğun yandırır məni.

Bir adım var mənim: şəhid qadını,
Ürəyimdə yaşadıram adını.
Yaman daddım ayrılığın dadını,
Tək sənin yoxluğun yandırır məni.

Saza qəm köynəyin bükübdür aşıq,
Sən idin obaya, elə yaraşıq.
Qoşa övladındır gözümə işıq,
Tək sənin yoxluğun yandırır məni.

Sevinc Arzulu
Kayıt Tarihi : 8.8.2020 11:10:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu