Tecessümünü Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Tecessümünü


Gözümü çəkmirəm şehli çəməndən,
Yağışda islanıb şehdə çiməndən.
Gizlətmə əzizim, gizlətmə məndən,
Günəşi güldürən təbəssümünü.

Şüalar parlayar üzük qaşında,
Sevdamız hələ də körpə yaşında.
Ən uca nöqtədə, zirvə başında
Gördüm büstə dönən təcəssümünü..

Yalan həqiqəti görüb də dandı,
Məhəbbət həsrətin oduna yandı.
Ayrılıq vüsalı elə qısqandı
Gizlədə bilmədim təəssüfümü.
12.02.2018.

Sevinc Arzulu
Kayıt Tarihi : 30.4.2018 07:55:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu