Başımın üstündə üfüq dayanar,
Günəş əvvəlkindən tezcə oyanar.
Dünyamız, əzizim,nura boyanar,
Sənin bircə qırıq təbəssümündən.
Gözdən uzaq düşüb alagöz yar da,
Tanrı heç qoymasın sevdamı darda.
Qışın oğlan çağı əriyər qar da,
Sənin yaz tək ilıq təcəssüçümündən.
Yaşıl çöllər sərin mehdən aranar,
Söyüdlərin gur telləri daranar.
Bilirəm ki tək ayrılıq yaranar.
Həsrətin hicranla tənasübündən.
Kayıt Tarihi : 23.12.2021 07:22:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!