Gülüşümü gizləyib,
Addımını izləyib,
Zəmanəni bizləyib
Oturmuşam boynunda.
Ayrılıq qəlbə hakim,
Kədər,qəm orda sakin.
Uddu kim,uduzdu kim,
Bu məhəbbət oynunda.
Düşərgə salmaram ki,
Xəyala dalmaram ki.
Sənsiz həzz almaram ki,
Təbiətin qoynunda
Kayıt Tarihi : 20.6.2018 07:09:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!