Tarixd qalan şairem Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Tarixd qalan şairem

Diksinnəm hardasa bir it ulasa,
Əhvalı birtəhər olan şairəm.
Baxmaram əlimi qana bulasa.
Tikanı, qanqalı yolan şairəm.

Sabahın zamandan dün istəsin də,
Tanrıya çatacaq ün istəsin də.
Mən elə məhbusam gün istisində,
Saralan şairəm, solan şairəm.

Gözümün önündən axıb da keçər.
Ayrılıq qəlbimi yaxıb da keçər.
Başqası çəpəki baxıb da keçər,
Alaca gözləri dolan şairəm,

Yaz gəlir dənizin suyu ilinir,
Könlümdən kədərli günlər silinir.
Yazdığım şeirdən vallah, bilinir,
Həqiqi şairəm, yalan şairəm.

Sevinc, bir azacıq özündən danış,
Işıqlı xəyala dalan şairəm.
Məni unutmaz ki yaxın dost-tanış,
Demirəm tarixdə qalan şairəm.

Sevinc Arzulu
Kayıt Tarihi : 6.1.2023 16:24:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!