Qalmayıb deyəsən sözün kəsəri,
Sonacan oxumur kimsə əsəri.
Ah, niyə olmuşam belə əsəbi,
Məni sorğuların tarıma çəkib.
Bəzən öz qəmimdə boğulmuşam mən,
Hicran mayasıyla yoğrulmuşam mən.
Anadan sarışın doğulmuşam mən,
Günəş oğruları sarıma çəkib.
Əzizim, qüssəsiz olmayır həyat,
Nə həsrət təzədir, nə vüsal boyat.
Ulduz tək uzaqda dursam da , heyhat
Ürək ağrıları yarıma çəkib.
Bilirsən ayrılıq asan olmayıb,
Acı göz yaşları leysan olmayıb?
Özü tək zəhərli insan olmayıb,
Yalan doğruları marıma çəkib.
Kayıt Tarihi : 13.12.2021 07:53:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2021/12/13/tarima-cekib.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!