Getmək istəyirəm çox uzaqlara,
İnsanlar olmayan bir yerə getmək.
Orada yaşamaq, orada ölmək.
Ölmək istəyirəm uzaqlıqların,
O səssiz-səmirsiz əhatəsində.
Nə bir qadın gəlsin qəbrimin üstə,
Yalandan dil açıb ağı deməsin.
Vaxtımda qədrimi bilməyən bir kəs,
Vaxtsız ölümümdən kədərlənməsin.
Uçmaq istəyirəm, göylərin yeddi qatına,
Oralar ləkəsiz, necə təmizdi.
Göylər paklığından,məhəbbətindən,
Məni sirdaş bilər, məni dost bilər.
Incitməz həyatın sərt üzü məni.
Oraya bir insan ayağı dəyməz,
Məndən özgəsini götürməz ora.
Mənim sevincimi sevinci bilər,
Bir tək kədərimə sevinməz ora.
Tapmaq istəyirəm ömür bitməmiş,
Bəxtimin gələcək səadətini.
Çıxmaq istəyirəm yerin oxundan,
Yarmaq istəyirəm cazibəsini,
Heç mənim qədrimi bilmədi bu yer.
Qoy məni bu yerdə axtarmasınlar,
Adım ürəklərdə silinib-getsin.
Saxta yer üzündə, saxta adamlar,
Mənim yoxluğumla barışıq etsin.
Kayıt Tarihi : 2.2.2019 21:17:00
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!