Tapılmadı çaram,neynim Şiiri - Sevinc Ar ...

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Tapılmadı çaram,neynim

Gecə-gündüz ağrım daşır,
Əzabından ağlım çaşır.
Elə yandı bağrım başı,
Tapılmadı çaram, neynim.

Tümtünd rəngdə naxış gördü,
Soyuq, qəmli baxış gördü.
O qədər qar-yağış gördü,
Süzülübdü xaram , neynim.

Bəyazlaşan telə yanın,
Qəmli axan selə yanın.
Əzizlərim, elə sanın,
Sizin ilə varam, neynim.

Nə gəlir ki sondan sonra,
Qara rəngli tondan sonra.
Bilirəm ki bundan sonra,
Ağrı verməz yaram, neynim.

Qoyulmadım lal yerinə,
Sözü dedim bal yerinə,
Məzarıma al yerinə,
Bağlanıbdır qaram, neynim.

Soyuq əsdi xəzri külək,
Uçalandı isti ürək.
Qəsdə durdu zalım fələk,
Yaşam oldu haram, neynim.

Bir zamanlar şən Fəridə,
Günəş ilə tən Fəridə.
Gedər oldum mən Fəridə,
Ağlayınız aram, neynim.

Sevinc Arzulu
Kayıt Tarihi : 2.7.2021 18:59:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu