Bu dünyanın qayası nə, düzü nə
Yalanı nə, doğrusu nə, düzü nə.
Düşsən əgər gedənlərin izinə,
Həmdəmini arasında tap indi.
O əzəldi: yar könlünü yar alıb,
Ətrafımı tikan alıb, xar alıb.
Yer üzünü boran alıb, qar alıb,
Oğulsansa, ağ atını çap indi.
Gül-çiçəyi tez saralmış çölmüşəm.
Göy suları lilə dönmüş gölmüşəm.
Ürəyimi neçə tikə bölmüsən,
Qarşındadır iynə indi, sap indi.
Kayıt Tarihi : 9.6.2018 17:51:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!