Hamını sən yetir murada. kama
Qıyma həsrət qalsın bal kimi tama.
Olmaq istəmirəm mən uçuq koma,
Allahım, qurulu ev eylə məni.
Sehirli balıq da düşməz qırmağa,
Yamanca pərgardır can qurtarmağa.
Mənimçün ən çirkin yaşıl qurbağa,
Istərsən təpəgöz dev eylə məni.
Bir şair qəlbim var:şeirli, nağıllı,
Sənin bir hökmündən dünya dağılı.
Məni nə gözəl et, nə də ağıllı,
Olduğum kimicə sev, öylə məni.
30.07.3015
Sevinc Arzulu
Kayıt Tarihi : 8.6.2018 06:21:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!