Tanrı dərgahında yerim yuxarı,
Onunçun şairlik verilib mənə.
Yönünü dəyişməz suyun axarı,
Haqsızlıq görəndə yer edib mənə.
Mən ki bir kimsəni əyri süzmədim,
Xətrinə dəyəcək söz də demədim.
Baxçaya girib də gülün üzmədim,
Halalca qazandım, haram yemədim.
Günəşi görməkçün durum o başdan,
Məndən əsirgəməz şualarını.
ÜzümüTanrıya tutub yavaşdan,
Söyləyim ən gözəl dualarımı.
Kayıt Tarihi : 5.4.2025 06:25:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!