Tanrım oralarda yağışlar yağmır,
Orda adamların suyu quruyub.
Heç kəs heç bir kəsin üzünə baxmır,
Elə bil hər kəsin üzü çürüyüb.
Orda təbiətin rəngi də solğun,
Ağ-qara çəkilib meşələr belə.
Dəyəri bilinmir varlığın-yoxun,
Məhv olub ən gözəl dəyərlər belə.
Tanrım oralarda ürəklər soyuq,
Nəfəslər itirib hərarətini.
Zalımlar mərdlərin canına qıyıb,
Öldürüb oranın səadətini.
Orda çiçəklər də qoxusuzlaşıb,
Quşların uçmağa həvəsi yoxdu.
Yaşamaq o qədər maraqsızlaşıb,
Belə yaşamağın mənası yoxdu.
Ordan nə danışım, nə yazım sənə,
Özün ki, hər kəsdən yaxşı bilirsən.
Baxıb adamların əməllərinə,
Bəzən ağlayırsan, bəzən gülürsən.
Kayıt Tarihi : 2.2.2019 21:09:00
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!