Tanrıdan dilerem sene min rehmet

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Tanrıdan dilerem sene min rehmet

Bu gecə röyanı dəyişmisən sən,
Ah, necə boyanı dəyişmisən sən.
Eşitdim dünyanı dəyişmisən sən,
Sanki göy gurladı, ildırım çaxdı.

Uca dağlar kimi çox qüdrətliydin,
Dosta, yar-yoldaşa sədaqətliydin.
Dünyaya gəlişin ədalətliydi,
Dünyadan gedişin yandırıb yaxdı.

Yaman uzaq oldu bu son səfərin,
Qüssəsiz görmədim bircə nəfəri.
Xaladan eşitdim acı xəbəri,
Göz yaşı sel kimi üzümə axdı.

Səslər bir anlığa gedir, gah gəlir,
Inilti, hönkürtü, qəlbən ah gəlir.
Görənlər deyirdi sanki şah gəlir,
Əzrail ağ gülü yaxana taxdı.

Qan ağlar qadının, oğulun, qızın,
Qayıt, ocağında isinib qızın.
Məzahir, parlamaz sənin ulduzun,
Son dəfə gözünü qırpıb da baxdı.

Vəsiyyət etdinmi qoşa balana,
Əlvida demədin əziz xalana.
Gedib də qoşuldun ata-anana,
Bu fani dünyada , eh,ölüm haxdı.

Boynunu burubdur bacın, qardaşın,
Onlardı həm dostun, həm də sirdaşın.
Hələ heç yetmişə çatmadı yaşın,
Əzrail tez gəlib söylədi”Vaxtdı”.

Həyatda çox çəkdin əziyyət, zəhmət,
Kömək olduğuna etmədin minnət.
Tanrıdan dilərəm sənə min rəhmət,
Ən uca səmada qurulsun taxtın.

Sevinc Arzulu
Kayıt Tarihi : 3.5.2021 14:39:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu