Tanrı seçimdedir Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Tanrı seçimdedir

Göy düzdə çən görməmisən?
Sünbüldə dən görməmisən?
Demə ki sən görməmisən,
Kədər də mən biçimdədir.

Gecələr uya bilməzsən,
Səbəbin guya bilməzsən.
Baxmaqla duya bilməzsən,
Şeir mənim içimdədir.

Ay işığı xoşa gələr,
Vüsal deyən boşa gələr.
Qoşa gedər, qoşa gələr,
Nicran həsrət köçündədir.

Yandırıb qəm çırağını,
Gəzdim sahil qırağını.
Itiləyib orağını,
Fələk artıq biçindədir.

Aşiq hara getsın,bilmir.
Necə yara yetsin, bilmir.
Kimi xoşbəxt etsin, bilmir,
Tanrı hələ seçimdədir.

Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 13:42:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu