Görən nədən paxıl olur insanlar,
Kin-nifrətə daxıl olur insanlar.
Şərəfsizlik ağır olur, insanlar
Daşıya da bilməzsiniz bunca yük.
Sevincimə kölgə saldın, nə olsun,
Hər vaxt məndən geri qaldın, nə olsun.
Mükafatı pulla aldın, nə olsun,
Öz yazdığın içində nadir, tək-tük.
Şeir üçün ona-buna əl açıb,
Özgəsinin işığından nur saçıb.
Müştəbehlik olamaz ki əlacın,
Nə ana Yer, nə də ki ata Göyük.
Bir söz ilə odlanıb yanmaz adam,
Yaxşılığı pis ilə anmaz adam.
Sözüm sənə, ay nadan, qanmaz adam,
Boylanırsan ətrafa döyük-döyük.
Içdiyiniz paxıllığın çaxırı,
Kaş açılsın qəlbinizin paxırı,
Deyim sizə, yoxdur kinin axırı,
Bir kimsə yox ola Tanrıdan böyük.
23.05.2019 Saat 8.27
Sevinc Arzulu
Kayıt Tarihi : 29.5.2019 10:52:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2019/05/29/tanri-boyuk.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!