Zaman-zaman itilənib yaddaşın.
Bir il qabaq tərk eylədi yoldaşın.
Indi oğlun atasıyla yollaşır,
Bilirəm ki var fələkdən gileyin.
Nə yaşadı, nə yaratdı, nə görə
Işi düşdü Allah, yaman müşkülə.
Ana qəlbin yanıb dönübdü külə,
Qara gəldi Taleyinin taleyi.
Bircə qızı gözünüzdə murazdı,
Şıltaqlığı Dəli Kürdü, Arazdı.
Uşaqlıqdan etdiyi işvə, nazdı
Gözündə yaş görünməsin mələyin.
Aman Allah, yerdə qalsın dizləri,
Leysan ilə yuyulsun qan izləri.
Gör necə də qəmə salır bizləri,
Qoca dünya, üzü dönsün fələyin.
Nə olardı, ahıl yaşa dolaydı,
Nə cavankən saralaydı, solaydı.
Yandıranda yanındaca olaydı,
Köməyinə çataydı quş lələyi.
Kayıt Tarihi : 21.7.2020 08:37:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2020/07/21/taleyin-taleyi.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!