Özün soyuğunda üşən, ayrılıq,
Gün-gündən kökəlib şişən ayrılıq.
Mənim qismətimə düşən ayrılıq,
Sənin həyatını dalayıb keçdi.
Oxşardı sevgiylə vuran ürəyi,
Qoymazdı yarıda arzu-diləyi
Vüsalın elə bil səmum küləyi,
Astaca üzümü yalayıb keçdi.
Görən eşitdimi gizli gapımı,
Gümüşü eylədi qızıl sapımı.
Fələk elə yerdə döydü qapımı,
Ömrümü-günümü talayıb keçdi.
Kayıt Tarihi : 8.10.2019 15:47:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!