Sən qış etdin baharımı,
Yek eylədin çaharımı.
Zəhərlədinnaharımı,
Gürzəmisən,ilanmısan.
Mənə lazım deyil sərvət,
Bəsimdir ülvi məhəbbət.
Edirsən yadlara hörmət,
Varlımısan,kalanmısan.
Nə pətəyim var,nə balım.
Qəriblikdə niyə qalım.
Nəyinə gərəkdir halım,
Sən qeydimə qalanmısan.
Qocalıqda solammadın,
Yüz yaşına dolammadın.
Heç vaxt doğru olammadın,
Riyamısan,yalanmısan.
Arazmısan ya Nilmisən,
Tək Sevinci yad bilmisən.
Qulduramı rast gəlmisən,
Soyulmusan,talanmısan.
Sevinc Arzulu
Kayıt Tarihi : 11.6.2018 10:34:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!