Talan, üreyim Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Talan, üreyim

Yenə doluxsunub yaman dolmusan,
Qürbət eldə qənha qalan ürəyim.
Qəm çəkməyə özün səbəb olmusan,
Əbədi odlara qalan,ürəyim.

Bilmirdinmi sən sevəndə nadanı,
Təhqir edər saymazlığı adamı.
Məhəbbətin düşür yenə yadamı,
Ilg sevgi həmişə yalan,ürəyim.

Baxışım şimşək tək çaxır.duymayır.
Ala gözüm nəmli baxir.görməyir.
Gözlərimin yaşı axır,görməyir
Məni yanar oda salan ürəyim.

Baş açmıram taleyin gərdişindən,
Məhəbbəti puç etmək vərdişindən.
Daha doydum bu dünyanın işindən,
Etdilər səni də talan,ürəyim.

Bir zaman şad,bir zaman şən Sevinci,
Bağ-baxçası gözəl gülşən Sevinci.
Göz yaşına əsir düşən Sevinci,
Yoxdur dərd əlindən alan ürəyim.

Sevinc Arzulu
Kayıt Tarihi : 11.6.2018 10:58:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu