Etdi şad olan könlü yar qüsseyi-nalan, neynim.
Oldum qəm ilən gülüm, daima tək qalan, neynim.
Səni həsrət dərdimə dərman söyləmişdi həkim,
Bəs nədən oldun söylə, qan verib can alan, neynim
Gecədən sübhə qədər oyaq qalıram, əzizim
Təkcə ay işığıdır yoluma nur salan, neynim.
Yazığı gələn varmı mən aşiqi-biçarəyə,
Elə hey söylədilər böhtan, riya-yalan, neynim.
Qayıt, göz yaşımı sil ağ butalı dəsmalınla,
Yoxsa könül sarayın hicr edəcək talan, neynim.
Sən, ay Sevinc, həyatın yolları çox keşməkeşli,
Bil ki hicran olacaq yaxın, doğma balan, neynim.
Kayıt Tarihi : 23.6.2018 17:21:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!