Həzin nəğmə eşidəndə,
Ala gözü dolan könlüm.
Kədər onu üşüdəndə,
Meh telini yolan könlüm.
Kimsəyə bir pislik etməz,
Pərvanəsi şama yetməz.
Arzu edər, kama yetməz,
Dərd önündə solan könlüm.
Tale səni sınamasın,
Yaxın dostlar qınamasın.
Köhnə yaran qanamasın,
Qəmə cığır salan könlüm.
Xəyalların göyündə uç,
Etmə günah, eyləmə suç.
Ümidlərin olmasın puç,
Dünya özü yalan, könlüm.
Dəfn edərək saf incini,
Itirmisən sən dincini.
Fərəhini, sevincini,
Fələk etdi talan, könlüm.
Sevinc Arzulu
Kayıt Tarihi : 29.6.2018 09:53:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!