Talan, gel Şiiri - Sevinc Arzulu

Talan, gel

Ayrılığın zərbəsindən,
Qəmdən qaçıb dərdə sin də.
Könlümün şah pərdəsində,
Şən mahnılar çalan, gəl.

Naləmisən, fəryadmısan,
Doğmamısan, ya yadmısan.
Şirinimi çox dadmısan,
Ay acılıq alan gəl.

Təzə demə boyatıma,
Qara çəkmə bəy atıma.
Mənim sakit həyatıma,
Minbir rəxnə salan gəl.

Boyu uzun, teli daray,
Açıqlansan salma haray.
Var-dövlət yığdığın saray,
Çoxdan olub talan, gəl.

Azaldarlar çəkimizi,
Artırmazlar təkimizi.
Bax, bu yolda ikimizik
Yoxdur dərdə qalan gəl.

Sevinc Arzulu
Kayıt Tarihi : 8.9.2019 16:18:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu