Şaxtalı nəfəsin hovurur zaman,
Saralmış sünbülü sovurur zaman.
Içində içimi qovurur zaman,
Tonqalın üstündə sacı dünyanın.
Olmazın sözləri kim dedirər,kim.
Həsrəti,hicranı kim öldürər.kim.
Bu qədər insanı kim yedirər,kim.
Vardır neçə milyon acı dünyanın.
Tərlan düşüb şahin,sarından ayrı,
Zirvə uzaq könül qarından ayrı.
O da düşüb nakam yarından ayrı.,
Vüsal olar tək əlacı dünyanın.
Daha pislik ilə ömür eyləməz,
Alışan könülü kömür eyləməz.
Kimsəyə hökm etməz,əmr eyləməz,
Düşübdür başına tacı dünyanın.
Görmək ağır yarın xarla gəzməsin,
Gülüşünün könül bağrın əzməsin.
Boşalıbdır bir vaxt dolu xəznəsi,
Verilməyir bac-xəracı dünyanın.
Kayıt Tarihi : 20.6.2018 15:59:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/20/taci-dunyanin.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!