Dağı aşammaram zirvəsi qarkən,
Hayıma yetişməz kimsələr karkən.
Mənim bu dünyada hər şeyim varkən,
Tək sənin sevginə ruhən ac oldum.
Yenədə zindana dönüb qu balış,
Dərdini gizlətmə,açıb de,danış.
Ürəkdən şənlənib gülür dost-tanış,
Bir lal təbəssümə mən möhtac oldum.
Daha mən əvvəlki Sevinc deyiləm,
Tək Tanrı önündə yerə əyilləm.
Qəlbimin fərəhi doğma ailəm,
Onların başına almaz tac oldum.
Kayıt Tarihi : 13.6.2018 10:36:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/13/tac-oldum.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!