Süzüm sensiz Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Süzüm sensiz


Nə sonu var, nə əvvəli,
Eşq edər insanı dəli.
Kədərliyəm sən gedəli,
Daha gülmür üzüm sənsiz.

Illər pozdu yaddaşımı,
Qaraldıbdı qaş-daşımı.
Qəlb yandıran göz yaşımı,
Yanağıma düzüm sənsiz.

Kimə edim mən gileyi,
Çalmayın heç qəmli neyi.
Badəmə qan rəngdə meyi,
Indi necə süzüm sənsiz.

Sevinc Arzulu
Kayıt Tarihi : 29.6.2018 09:49:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu