Neynəyim ürəyimə,
Söz keçirə bilmirəm.
Yazdığım musiqiyə
Söz köçürə bilmirəm.
Nə edirəm, alınmır
Sözlə simin vəhdəti.
O musiqi çalınmır,
Itirir öz qüdrətin.
Sözün bitdiyi yerdə
Qəmli nəğmə səslənər.
Musiqi işığında
Söz bəzənər, süslənər.
Sevinc Arzulu
Kayıt Tarihi : 5.5.2018 08:02:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!