Güllü libaslar geyirdik,
Başdan ayağa şeirdik.
Bizim olan vaxt deyirdik,
Neynərik aman, Şuşasız.
Göz yaşını töküb durub,
Al libası söküb durub.
Tar da qəmdən çöküb durub,
Ağlayır kaman Şuşasız.
Bu yollardan səlib keçdi,
Qəlbimizi dəlib keçdi.
İllər necə gəlib keçdi?
Dayanıb zaman Şuşasız.
Natəvanım, qəmli büstün,
Inciyib də bizdən küsdün.
Yenə başımızın üstün,
Bürüyüb duman Şuşasız.
Nə var bulud tək dolmağa,
Ya da çiçək tək solmağa..
Əziz dost, xoşbəxt olmağa,
Varmı bir güman, Şuşasız?
Kayıt Tarihi : 9.5.2020 08:59:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!