Sonu vüsal olmadı ki bu uğursuz məhəbbətin,
Öldü bütün ümidlərim,bax,yerilə yeksan oldu.
Səni əldən alan fələk bilmirdimi günah edir,
Yaman yağdı göz yaşlarım,aşıb-daşan leysan oldu.
Bircə bileydin nə qaldı səndən mənə ey bivəfa,
Kim deyir bu ayrılıq mənim üçün asan oldu.
Görməz oldum dünyanı,eşitməz oldu qulağım
Gör o zalım əğyarı,necə qapı pusan oldu.
Səninlə bağlı olan şipşirin bir xülyadayam,
Xatirən əbədilik danışmadı, susan oldu.
Indi sən haqq dünyada,mənsə nahaq dünyadayam,
Bil ,məni intihardan qoruyan tək ad-san oldu.
Kayıt Tarihi : 15.9.2018 09:20:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!